"Barselona" yayda heyətinə yeni futbolçu qatacaq.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Selta"da çıxış edən Xavi Qalanı transfer etmək niyyətindədir. 27 yaşlı oyunçu növbəti mövsüm üçün Jordi Albanın yerinə düşünülür. İspaniya nəhəngi Viqo təmsilçisi ilə 2026-cı ilədək sözləşməsi olan sol cinah müdafiəçi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Qalan 2021-ci ilin yayından "Selta"da çıxış edir.
Milli.Az