İdman

Türkiyə kubokunun finalı Bakıda keçiriləsi olmadı

5 Aprel 2022 08:12
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə kubokunda 2021/22 mövsümünün final matçının yeri və saatı müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) həlledici qarşılaşmanın mayın 26-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcəyini açıqlayıb.

"Alanyaspor" ölkə kubokunun final matçının Bakıda keçirilməsi üçün yerli federasiyaya müraciət etmişdi. Amma TFF bu müraciətə mənfi cavab verərək, fərqli qərar qəbul edib. Qarşılaşmaya yerli vaxtla saat 20:45-də start veriləcək.

Türkiyə kubokunun yarımfinalında "Trabzonspor" "Kayserispor"la, "Alanyaspor" isə "Sivasspor"la qarşılaşacaq. Bu oyunların 19-21 aprel və 10-12 may tarixlərində keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.