İdman

FİFA prezident seçkiləri keçiriləcəyi tarix açıqlanıb

31 Mart 2022 08:13
0 Şərh     Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna seçkilər 2023-cü ildə qurumun 73-cü Konqresi zamanı keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçki təqvimi çərşənbə günü FİFA Şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq.

Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.

FİFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik edən isveçrəli Canni İnfantinodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.