Şou-biznes

“Kişi sambalını qorumalıdır”

13 May 2025 08:36
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Faiq Ağayev efir məkanımızdakə bəzi halları tənqid edib. 

Milli.Az xəbər verir ki, sənətçi deyib ki, televiziyada "ləçər kişi" obrazı yaradırlar:

"Televiziyada "ləçər kişi" obrazı yaranıb. Çıxırlar efirə ağzıyamaq, çirkin, çamurlu danışırlar. Bizim belə bir ifadəmiz var, deyirlər, arvad kimi özünü aparmaq. İndiki dövrdə bu normal söz deyil. Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində "kişi" yazılan insanların simasında görürük. Kişi sambalını qorumalıdır. Gəlib həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir. Kaş ki, olmayaydılar. "Kişi" sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik kişi kimi adamdır. Bu, cinsiyyətə aid olan konkret ifadə deyil. Xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə, kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.