Ölkə

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

13 May 2025 09:52
Baxış: 4 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son zəng"ə görə pul yığmağı tapşırır.

Rəsmi açıqlamada deyilir ki, direktor fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, işdən çıxarılan direktor daha bir vəzifə daşıyırmış.

O, məntəqə seçki komissiyasının sədridir.

Belə ki, Yaqut Müseyibli 20 saylı Nərimanov II seçki dairəsinin 21 saylı məntəqəsinə rəhbərlik edirmiş.

Onun sözügedən vəzifədən də azad ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.