Texnologiya

"iPhone"lar kəskin bahalaşacaq

13 May 2025 10:38
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

" Apple" bu payız təqdim edəcəyi "iPhone 17" modellərinin qiymətlərini artırmağı planlaşdırır. Lakin qiymət artımının ABŞ-Çin ticarət tarifləri ilə birbaşa əlaqəsi olmadığı bildirilir.

Milli.Az xəbər verir ki, "Wall Street Journal"ın (WSJ) məlumatına görə, qiymət artımı əsasən yeni dizayn və funksiyaların əlavə olunması, həmçinin mənfəət marjasının qorunması ilə bağlıdır. Təchizat zəncirindən verilən açıqlamalarda qeyd olunur ki, "Apple" qiymətləri artırmasa, şirkətin qazancı əhəmiyyətli dərəcədə azala bilər.

Artan gömrük tariflərinin "Apple"a yalnız üçüncü rübdə 900 milyon dollara başa gələcəyi ehtimal olunur. Bununla belə, şirkət rəhbəri Tim Kuk hələlik bu tariflərin "iPhone" qiymətlərinə təsiri ilə bağlı rəsmi açıqlama verməyib.

"Apple" tariflərin təsirini minimuma endirmək üçün "iPhone"ların əhəmiyyətli hissəsini artıq Hindistanda istehsal edir. Lakin Pro və Pro Max modellərinin əsas istehsalı hələ də Çində həyata keçirilir. Səbəb isə Hindistanın hazırda Çinin səviyyəsində kütləvi istehsalı dəstəkləyə biləcək infrastruktur və texniki imkanlara malik olmamasıdır.

Qeyd edək ki, ABŞ və Çin son vaxtlar ticarət mübahisələri çərçivəsində bir sıra tarifləri dayandırmaq barədə razılığa gəlsələr də, Tramp dövründə tətbiq edilən 20 faizlik Çin mallarına tarif hələ də qüvvədədir. Bu tariflərə smartfonlar da daxildir.

Fidan
Milli..Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.