Şou-biznes

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

12 May 2025 11:57
Baxış: 1 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Milli.Az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.

Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deyən bir xanım cavab verdi.

Həmin xanıma jurnalist olduğumuzu deyib sual ünvanlamaq istəyəndə hansı mövzu ilə bağlı zəng etdiyimizi bilərək izah verməyə başladı:

"Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək".

Vəsiqənin həqiqətən verilib-verilməməsi ilə bağlı sualımıza isə Nigar Rəhimovanın köməkçisi belə cavab verdi: "Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik".

"Vətən müharibəsi iştirakçısı" medalı kimlərə verilir?

Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir. /Musavat.com

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.