Türkiyə

Türkiyədə üçüncü zəlzələ oldu - YENİLƏNİB

13 May 2025 09:38
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

09:38

Türkiyədə son 7 saatda üçüncü zəlzələ baş verib.

Antalyanın Kumluca rayonu ərazisində 3.8 bal gücündə zəlzələ baş verib.

09:18

Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə - Egey dənizində qeydə alınıb.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat qeydə alınmayıb.

Bu gün səhər saatlarında İstanbul sahilində də 4.1 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar Mərmərə dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07:18-də baş verib, ocağı isə 13.6 km dərinlikdə yerləşib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.