Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna seçkilər 2023-cü ildə qurumun 73-cü Konqresi zamanı keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, seçki təqvimi çərşənbə günü FİFA Şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq.
Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.
FİFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik edən isveçrəli Canni İnfantinodur.
Milli.Az