İdman

Futbol matçında özünü qapı dirəyinə bağladı - FOTO

18 Mart 2022 09:12
0 Şərh     Baxış: 1 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının XX turundan təxirə salınmış "Everton" - "Nyukasl" görüşündə qeyri-adi hadisə baş verib.

"Qudison Park" stadionundakı matçı tribunadan canlı izləyən tamaşaçılardan biri meydançaya daxil olaraq, özünü plastik qandalla Mersisayd təmsilçisinin qolkiperi Asmir Beqoviçin qoruduğu qapının dirəyinə bağlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları dərhal dəmirkəsən qayçı ilə həmin şəxsin boğazındakı qandalı açmağa çalışıblar. Çoxsaylı cəhdlər təqribən 8-9 dəqiqə sonra nəticə verib. Bu səbəbdən görüşdə məcburi fasilə yaranıb.

Tamaşaçının siyasi fəal olduğu və meydançaya etiraz məqsədilə çıxdığı bəlli olub.

Hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.