İdman

Dünyanın ən yaşlı futbolçusu yeni komandasında debüt etdi

17 Mart 2022 18:54
0 Şərh     Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yaşlı futbolçusu olan Kadzuesi Miura yenicə transfer olduğu Yaponiyanın "Suzuka Point Getters" klubunda ilk oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 55 yaşlı hücumçunun debütü IV divizionun ilk turunun "Reynmir Aomori" ilə matçına təsadüf edib.

Meydana start heyətində çıxan yaponiyalı forvard 65-ci dəqiqədə əvəzlənib. Görüş onun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kadzuesi Miura daha əvvəl ölkəsinin "Yokohama", "Vissel Kobe", Avstraliyanın "Sidney", İtaliyanın "Cenoa" klublarında da çıxış edib. Yaponiya millisində 89 oyun keçirmiş hücumçu 55 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.