İdman

Mourinyo bu jestinə görə meydandan qovuldu

20 Fevral 2022 17:22
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın baş məşqçisi Joze Mourinyo A seriyasının son turunda "Verona" ilə oyunda (2:2) qırmızı vərəqə alıb.

Portqaliyalı mütəxəssis oyun boyu hakimin qərarlarına kəskin etirazını bildirib.

Görüşün sonlarında isə 59 yaşlı məşqçi baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Onun bu jesti nə üçün etdiyi haqda məlumat yoxdur.

Qeyd edək ki, Mourinyo mövsümün əvvəlindən demək olar ki, hər oyunda hakimlərin işini tənqid edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.