İdman

"Bu klubun bir hissəsi olmaq heyrətamizdir" - Mahir Emreli

5 Fevral 2022 20:04
0 Şərh     Baxış: 706
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Millimizin futbolçusu Mahir Emreli yeni klubu "Dinamo"nun (Zaqreb) rəsmi televiziyasına müsahibəsi verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib: "Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır. Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir".

Emreli daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: "İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir".

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.