İdman

“Anamın adından yazılanlar yalandır” - VİDEO - FOTO

7 Yanvar 2022 19:22
0 Şərh     Baxış: 2 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müharibə vaxtı da, bitəndən sonra da hər zaman Azərbaycanı dəstəkləmişəm. Bura mənim vətənimdir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi, Azərbaycan millisinin üzvü Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

O, anası İradə İsrafilovanın 2020-ci ilə Vətən müharibəsi zamanı "Biz neytral ərazidə yaşayırıq və Eddi də siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var" sözlərini demədiyini bildirib:

"3-4 yaşımadək Azərbaycanda böyümüşəm və ölkəmə hörmətlə yanaşıram. Anamın bu sözləri dediyini haradan götürmüsünüz? O videonu mənə göstərin, amma göstərə bilməzsiniz, çünki hamısı yalandır. Vətən müharibəsi 27 sentyabrda başlayıb və həmin gün Azərbaycana dəstək paylaşımı etmişəm. 10 noyabrda da  "Qələbə günün mübarək, Azərbaycan" paylaşımım var. Yenə də deyirəm ki, "Qarabağ Azərbaycandır!"".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.