Ukrayna millisinin və "Şaxtyor"un futbolçusu Yefim Konolli karyerasını Türkiyədə davam etdirə bilər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Fənərbaxça" müdafiəçinin xidmətində maraqlıdır.
İstanbul klubu Yefimi icarəyə götürmək istəyir. 22 yaşlı arxa xətt oyunçusunun mövsümün sonunadək "Fənərbaxça"da oynaması planlaşdırılır.
Qeyd edək ki, Konolli cari mövsümdə "Şaxtyor"da 9 oyunda 1 qol vurub.
Milli.Az