"Valensiya" icarə əsasında komandada çıxış edən Giorgi Mamardaşvilinin transfer hüquqlarını alıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Valensiya" müqavilə ilə Tbilisi "Dinamo"suna məxsus olan 21 yaşlı qapıçı ilə 2024-cü ilin yayına qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü bu mövsüm La Liqada 6 oyuna çıxıb.
Milli.Az