“Valensiya” gürcü futbolçunu birdəfəlik transfer etdi

2 Yanvar 2022 19:03

"Valensiya" icarə əsasında komandada çıxış edən Giorgi Mamardaşvilinin transfer hüquqlarını alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Valensiya" müqavilə ilə Tbilisi "Dinamo"suna məxsus olan 21 yaşlı qapıçı ilə 2024-cü ilin yayına qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, Gürcüstan millisinin üzvü bu mövsüm La Liqada 6 oyuna çıxıb.

Milli.Az