İdman

"Bizə kuboku verin Maldiv adalarına tətilə gedək"

2 Yanvar 2022 15:38
0 Şərh     Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Arsenal" üzərində qələbədən (2:1) sonra Premyer Liqada titul uğrunda mübarizənin bitməsi ilə bağlı sualı istehza ilə cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: "Bizə kuboku verin və biz Maldiv adalarına tətilə gedək. Amma məncə, bu, baş verməyəcək. Daha 48 və ya 51 xal toplamalıyıq, dəqiq xatırlamıram.

İndi İngiltərə kubokuna hazırlaşmaq üçün 5-6 günümüz var. Koronavirus və zədə problemlərini nəzərə alaraq, "Çelsi" ilə oyun üçün 5 və 6 günlük hazırlıq lazımdır".

"Mançester Siti " Premyer Liqa cədvəlinə liderlik edir və ən yaxın izləyicisi "Çelsi"ni 11 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.