İdman

Futbol azarkeşləri arasında qanlı dava

23 Dekabr 2021 18:06
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Londonda "Tottenhem Hotspur" stadionunun yaxınlığında "Tottenhem" və "Vest Hem"in azarkeşləri arasında kütləvi dava olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, futbol üzrə İngiltərə Liqa Kubokunun 1/4 final oyunu başlamazdan əvvəl stadionun əsas tribunasında dava düşüb.

Azarkeşləri dəyənəklərlə silahlanmış polis ayırıb. Meydan sahiblərinin azarkeşlərinin bir daha onlara hücum etməməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları "Vest Hem" azarkeşlərini tribunalara qədər müşayiət etməli olublar.

Azarkeşlərdən biri üzü qanlı dava yerini tərk edib. Dava zamanı bir nəfərin huşunu itirdiyi də bildirilir. Zərərçəkənlərə həkimlər yerindəcə köməklik göstəriblər.

Liqa rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Polis kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün görüntüləri araşdırır.

"Tottenhem" "Vest Hem"i 2:1 hesabı ilə məğlub edərək kubokun yarımfinalına yüksəlib. Növbəti oyunda komanda "Çelsi" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.