İdman

Konte xəstə futbolçuları manekenlərlə əvəzlədi

18 Dekabr 2021 14:06
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa kütləvi yoluxma səbəbindən bir çox futbolçunun xidmətindən məhrum olan İngiltərə "Tottenhem"inin baş məşqçisi Antonio Konte məşq zamanı onları əvəzləmək üçün maraqlı üsula əl atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlama verib. O, infeksiyaya yoluxmuş oyunçuların əvəzinə manekenlərdən yararlandığını söyləyib.

Konte bildirib ki, bu şərtlər altında növbəti oyunlara hazırlaşmaq asan deyil: "Əvvəlcə 12 futbolçu ilə məşq etdik. Adətən hazırlıq üçün 20 oyunçu lazım olur. Sayı düzəltmək üçün manekenlərin xidmətindən yararlanmalı oldum".

Qeyd edək ki, yoluxma səbəbindən "Tottenhem"in bir neçə oyunu təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.