İdman

Mahir Emrelinin başında şiş aşkarlandı

15 Dekabr 2021 17:42
0 Şərh     Baxış: 1 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Legiya" azarkeşlərinin hücumuna məruz qalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən həkimə müraciət edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard hadisədən sonra beyin silkələnməsi keçirib-keçirmədiyini yoxlamaq üçün xəstəxanaya yollanıb. 

Həmyerlimizin aldığı zərbə səbəbindən başında şiş aşkarlanıb. Eyni zamanda onda başağrısı da olur. Bu səbəbdən həkim ehtiyatlı davranmağı, bir neçə gün məşqlərə qatılmamağı məsləhət görüb.

Azarkeş hücumu nəticəsində xəsarət alan Emreli və Lukinyasın durumu ilə "Legiya" rəhbərliyi də ciddi maraqlanır. Varşava klubunun sahibi Dariuş Mioduski və idman direktoru Radoslav Kuçarski də hər iki futbolçu ilə fərdi şəkildə görüşüb.

Qeyd edək ki, Polşa KİV-i Mahir Emrelinin "Legiya"dan ayrılmaq istədiyini və vəkillərinin müqaviləyə xitam verməyin yollarını axtardıqlarını yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.