İdman

Namik Ələsgərov “Bursaspor”da daha bir qol vurdu

11 Dekabr 2021 23:56
0 Şərh     Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiəydə uğurlu oyununu davam etdirir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 26 yaşlı hücumçu "Bursaspor"un heyətində növbəti dəfə fərqlənib.

O, XVI turda "Manisa" ilə matçda qol vurub. Bursadakı qarşılaşmada start heyətində meydana çıxan Ələskərov 51-ci dəqiqədə hesabı açıb. Lakin ev sahibləri bu üstünlüyü qoruya bilməyib. 79-cu dəqiqədə qonaq komanda məğlubiyyətdən qaçıb. 1:1 hesabı ilə yekunlaşan matçda yığmamızın üzvü 86 dəqiqə meydanda qalıb.

Bu heç-heçə ilə xallarının sayını 18-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.