İdman

"Avropa Liqası “Barselona”nın yeri deyil" - Xavi

9 Dekabr 2021 17:42
0 Şərh     Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqası ilə vidalaşmasından narazı qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis qrup üçüncüsü kimi Avropa Liqasına yuvarlanmalarına münasibət bildirib.

O, son turun "Bavariya" ilə görüşündəki 0:3 hesablı məğlubiyyətə şərh verərkən qitənin ikinci dərəcəli turnirini "Barselona"ya layiq görməyib: "Bavariya" bizdən güclü idi. Reallıq belədir. İndi Avropa Liqasında oynamalıyıq. Yeni era başlayır. Avropa Liqası "Barselona"nın yeri deyil. Biz Çempionlar Liqasında olmalıyıq. İndi hər şeyi sıfırdan başlamalıyıq".

Qeyd edək ki, "Barselona" son 17 ildə ilk dəfə Avropa Liqasında oynamalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.