İdman

Güləşçimizə 10 min dollar veriləcək

2 Dekabr 2021 10:30
0 Şərh     Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Güləş Birliyi (UWW) ilin sonunda pul mükafatı verəcəyi yunan-Roma güləşçilərinin adını açıqlayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mükafatı reytinqin ilk "üçlüy"ündə qərarlaşan pəhləvanlar alacaq.

Ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min, üçüncü olan güləşçi isə 3 min dollar əldə edəcək.

Mükafatçılar sırasında Azərbaycan millisinin 4 üzvü də var. 82 kiloqram çəki dərəcəsində ilk sırada olan Rafiq Hüseynov 10 min dollara sahib çıxacaq. Üçüncü yerdə qərarlaşan Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) isə uyğun olaraq 3 min dollar qazanacaqlar.

Qeyd edək ki, UWW daha əvvəl sərbəst güləş üzrə mükafatçıların siyahısını açıqlayıb. Orada Azərbaycandan yalnız Osman Nurməhəmmədovun adı yer alıb. Legioner güləşçi 92 kq-da üçüncü yerin sahibi kimi 3 min dollar əldə edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.