"Qadına şiddətə son" mövzusunda dəyirmi masa keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar noyabrın 25-də Heydər Əliyev Mərkəzində "Liatris Holding"in təşkilatçılığı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ombudsman Aparatı, Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Qadına şiddətə son" mövzusunda dəyirmi masa keçirilib.
Milli.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva bildirib ki, hər il dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilən bu gün vasitəsilə cəmiyyətin ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın qarşısının alınmasına, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkməyə, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının tapılmasına, problemin həll edilməsinə kömək göstərməyə çalışırıq. Dünyada hər il zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Belə problemlərin yaranmasının qarşısının alınması hazırda əsas vəzifələrdən biridir. Bu gün ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür, maarifləndirici layihələr həyata keçirilir.
Digər çıxış edənlər qadınlara qarşı zorakılığa son qoyulmasının əhəmiyyətindən danışıb, bu sahədə görülən işlərdən bəhs ediblər.
Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.
Sonra mövzuya dair videoçarxlar, həmçinin Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa nümayiş olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)





