Ölkə

Gəmidə yaralanan Coşqunun (Fotosu)

6 Oktyabr 2026 21:22
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 3 ildir gəmidə mühərrik ustası kimi çalışırmış.

Hazırda o, Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə müalicə alır.

Atası Azər Məmmədəliyev bildirib ki, Coşqun 2 aydır gedib.

"Hər şey normal idi, salamatlıq idi. Rumıniya şəhərində idilər. Hadisə dünən səhər olub. Bizim məlumatımız olmayıb. Bu gün səhər xəbərimiz olub ki, gəmi vurulub. Şərait yaradıblar, özü ilə danışmışıq. Hər şey qardasındadır", - deyə o, vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.