298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə yaşayan 29 yaşlı Cek Ako çəkisi 298 kiloqrama çatdıqda həyatını dəyişməyə qərar verib. Təxminən 193 kiloqram arıqlayaraq 105 kiloqrama enən Ako dördillik transformasiyadan sonra hazırda bodibildinq yarışmasına hazırlaşır. "298 kiloqramdan sonra dünya çempionatında yarışa bilirəmsə, həqiqətən də hər kəs hər şeyi bacara bilər" deyən gənc hekayəsi ilə arıqlamaq mübarizəsi aparanlara ilham verir.
Milli.Az xəbər verir ki, Cek Akonun arıqlama hekayəsi qeyri-sağlam qidalanma vərdişlərinin həyatına ciddi şəkildə təsir etdiyi dövrdə başlayıb. Gündə təxminən 10 min kaloriyə yaxın qəbul edən Akonun rasionunda pizza, hamburger, çips və şokolad üstünlük təşkil edirdi.
Çəkisi 298 kiloqrama çatan gənc həmin dövrdə güzgüyə baxmağa nifrət etdiyini bildirib. Həyatını dəyişməyə qərar verən Ako dörd il ərzində təxminən 193 kiloqram arıqlayaraq 105 kiloqrama qədər enib.
Ako qidalanma rejimini tamamilə dəyişdirib və müntəzəm olaraq idmanla məşğul olmağa başlayıb. Yaşadığı böyük dəyişiklikdən sonra şəxsi məşqçi kimi fəaliyyətə başlayan gənc özünün çəki itirmə üzrə kouçinq biznesini də idarə edir.
Keçmişdə pilləkənləri çıxmaqda belə çətinlik çəkdiyini qeyd edən Ako artıq rahatlıqla 5 kilometr qaça bildiyini və ağır çəkilər qaldıra bildiyini ifadə edib.
Artıq dərilərindən qurtulmaq üçün iki dəfə əməliyyat keçirən gənc artıq yeni hədəfə köklənib.
Ako indi Buckinghamshire-da keçiriləcək "Pure Elites Dünya Çempionatı"nda yarışmağa hazırlaşır.
Onun üçün yarışmanın mənası sadəcə kubok qazanmaq deyil. Keçmişdə yaşadığı böyük çəki problemindən sonra səhnəyə çıxmasının oxşar mübarizələrdən keçən insanlara ümid verəcəyinə inanır.
Ako uğurun arxasında sehrli bir pəhrizin və ya tək bir məşqin olmadığını, dəyişimin əsasında sabitlik, səbr və hər gün yenidən mübarizə aparmağın dayandığını qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
XƏBƏR LENTİ
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)





