Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dərman təminatında hələ də idxaldan ciddi şəkildə asılılıq var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ölkəmizə 527 milyon dollardan bir qədər artıq həcmdə əczaçılıq məhsulları idxal olunub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Pirallahıda fəaliyyətə başlayan yeni müəssisənin illik istehsal gücü 60 milyon qutu, o cümlədən 2,5 milyard tablet və kapsul olaraq nəzərdə tutulur. Növbəti 5 il ərzində burada 500-dən artıq preparatın istehsalı planlaşdırılır.
"Bu, idxalın müəyyən qədər azalması baxımından vacibdir. Lakin yeni müəssisənin fəaliyyətə başlamasının ölkədəki bütün dərmanların qiymətinə təsir edəcəyini gözləmək düzgün olmaz. Qiymət təsirinə gəldikdə düşünürəm ki, bu təsir yalnız həmin müəssisədə istehsal ediləcək və Azərbaycan bazarına çıxarılacaq məhsullarda hiss oluna bilər. Digər dərman preparatlarının qiymətinə isə birbaşa təsiri, təbii ki, olmayacaqdır. Hətta yerli istehsalın belə ciddi şəkildə aşağı qiymətə olacağını düşünmürəm. Çünki istehsal xərcləri var və müəssisə yenidir.
Yəni, istehsalda istifadə olunan xammal və bir sıra komponentlər xaricdən gətiriləcək. Bunların da yetərincə dəyəri var. Üstəlik, dərman qiymətlərinə istehsal xərcləri ilə bərabər xammalın qiyməti, logistika, valyuta faktoru, işçi qüvvəsi və digər amillər də təsir edəcək. Ona görə də bu müəssisənin əsas effektini dərmanların kəskin ucuzlaşmasında yox, idxaldan asılılığın azalmasında görə biləcəyimizi düşünürəm",- deyə o vurğulayıb.
E.Əmirov əlavə edib ki, bu cür istehsal prosesləri yeni istehsal sahələrinin yaranmasına vəsilə olur.
"Şəxsən bir iqtisadçı kimi, istənilən istehsal prosesi mənim üçün ən sevindirici hadisələrdən biridir. Çünki ölkə iqtisadiyyatında istehsal və emal prosesləri çox böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Xatırladaq ki, Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsi açılıb. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)





