Şou-biznes

"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)

6 Oktyabr 2026 22:54
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ATV-də yayımlanan "Güneşin doğduğu yer" serialının son bölümündə qalmaqallı səhnə yaşanıb.

Milli.Az xəbər verir ki, serialın üçüncü bölümünün finalında Ceyhun oğluna qovuşmağa çalışan Leylaya içi pulla dolu çanta verərək kömək təklif edib. Lakin Ceyhun bunun qarşılığında Leylaya "Mənimlə bir gecə..." şərtini irəli sürüb.

Təklif qarşısında şoka düşən Leyla nə deyəcəyini bilməyib. Həmin vaxt bağ evinə gələn Kenan da söhbəti eşidib. Bölüm bu gərgin səhnə ilə başa çatıb.

Serialın 4-cü bölümünün anonsunda isə Ceyhunun "Mən Leylaya aşiq oldum" sözləri diqqət çəkib. Onun etirafının Kenanla münasibətlərinə necə təsir edəcəyi maraq doğurub.

Qeyd edək ki, "Güneşin doğduğu yer" serialında əsas rolları Burak Özçivit, Sibel Taşçıoğlu, Görkəm Sevindik və Beyza Gümülcinə canlandırırlar. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.