Dünya

Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)

6 Oktyabr 2026 20:24
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa ilk dəfə sualtı qayıqdan buraxılan yeni "M51.3" ballistik raketinin sınağını keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, raket Britani sahillərindən buraxılaraq Şimali Atlantikanın açıq sularına düşüb.

Fransa Prezidenti Emmanuel Makron "Le Vigilant" nüvə sualtı qayığından raketin ilk buraxılışını şəxsən izləyib.

Sınağı qiymətləndirən Makron bu addımın Fransanın nüvə çəkindiriciliyinin etibarlılığını sübut etdiyini bildirib:

"Azad olmaq üçün qorxu yaratmalısan. Qorxu yaratmaq üçün isə güclü olmalısan".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.