Kriminal

Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış

6 Oktyabr 2026 22:11
Baxış: 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Milli.Az Baku TV-yə istinadla bildirir ki, məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb.

Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb. Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:

"Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var".

Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:

"Qonşuda toyda olublar. İçirdiblər".

Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.