Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azadlıq prospekti" stansiyasının tavanı damır - FOTO
6 May 2010 09:43
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı sakini olan metro istifadəçisi Milli.Az xəbər portalına metronun "Azadlıq Prospekti" stansiyasında son günlərdə bəzi problemlərin yarandığını bildirərək, bu məsələnin araşdırılmasını xahiş edib. Oxucu bildirib ki, metronun tavanı qopub tökülür və çatlar əmələ gəlib, bu da əhalinin narahatlığına, təşvişinə səbəb olub.
Dörd ay əvvəl istifadəyə verilən, 1 tağlı sütunsuz formada tikildiyi üçün "Azadlıq prospekti" Bakıda analoqu olmayan metrostansiyasıdır. Lakin son günlər aramsız yağan yağışlar metronun infrastrukturuna ziyan vurub. Metrostansiyanın divarlarında, həm də bir neçə hissədə əmələ gəlmiş çatlar əsasən metronun platforma hissəsinin tavanındadır. Bu ilin ferval ayında da həmin metronun üstündə yerləşən parkda çökmə baş vermişdi. Bunu da nəzərə alsaq, metronun çox qısa bir zamanda belə vəziyyətə düşməsi təəccüb doğurur. Ölkədə analoqu olmayan, müasir avadanlıqlarla inşa edilmiş metro satnsiyası qısa vaxt ərzində niyə problem yaşadı? Tavanının qopub tökülməsinin səbəbləri nədir və bu, daha ciddi problemə yol aça bilərmi?
İlk öncə qeyd edək ki, "Azadlıq prospekti" stansiyası 2009-cu il dekabrın 30-da istifadəyə verilib. Azərbaycanda ilk sütunsuz stansiya olan "Azadlıq prospekti"nin daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş tikinti avadanlıqlarından istifadə olunub. Metro stansiyası Azadlıq prospektində, 8-ci mikrorayon ərazisində yerləşir və "Nəsimi" stansiyasının davamıdır. Həzi Aslanov xətti üzrə qatarlar "Memar Əcəmi" stansiyasından "Nəsimi" və daha sonra "Azadlıq prospekti" stansiyasına gedir. Stansiyanın inşası 2006-cı ildə başlayıb, 4 çıxışı olan stansiyanın ümumi uzunluğu 102 metr, platformasının eni 14 metrdir.
"Dünya dağılsa da, çat və su damması olmalıdır"
Həmin stansiyanı tikintisini həyata keçirən "Azərtunelmetrotikinti" ASC-nin baş texnoloqu Rauf İsmayılov Milli.Az xəbər portalına açıqlamasında baş vermiş hadisəni normal hal kimi qiymətləndirdi. Baş texnoloq bildiridi ki, həmin stansiya yeni tikildiyindən orada xırda su damması və çatların olması təbiidir. Onun sözlərinə görə, "Azadlıq Prospekti" stansiyası 6 metr dərinlikdə hissə-hissə tikilib: "Kim deyə bilər ki, orada çat var? Bu barədə tikintidən başı çıxan şəxs danışa bilər. Amma bizdə bir çat görən kimi deyirik ki, vay, aman qoyma, metro çokdü. Adicə bina tikilir, beş il müddətində həmin bina damır. Dünya dağılsa da bu, olmalıdır. Burda böyük bir problem yoxdur. Yağış yağanda, torpağa su dəyən kimi metronun tavanı da dammalıdır. Biz həmin hissəni su ilə nəmləndirib kipləşdirmişik, ancaq yenə yağış yağandan sonra torpaq minimal su keçirir, bu isə normal haldır" - deyə mütəxəssis bildirib.
"Azadlıq Prospekti təriflənməlidir"
R.İsmayılov tavanda baş vermiş çat və su dammasının bir il müddətinə dayanacağını vurğulayıb. Onun dediyinə görə, köhnə metro stansiyalarında da bu kimi hallar baş verib: "İxtisaslı kadr kimi deyirəm ki, həmin stansiyada tavanın vəziyyəti ilə əlaqədar təhlükə və problem görmürəm. Bu işə tikinti adamı baxan kimi bilir məsələ nə yerdədir. Biz həmin stansiyanı pisləməli deyilik, tərifləməliyik".
Günahkar yağışdır...
"Azadlıq prospekti" stansiyanın memarı Elbəy Qasımzadə Milli.Az-a açıqlamasında qeyd etdi ki, sözügedən məsələdə ciddi problem yoxdur. Onun sözlərinə görə, metronun özündə heç bir problem yoxdur, su damması isə yalnız tikintinin üstündəki torpağın problemidir. "Bir müddət əvvəl də stansiyanın üstündəki parkda torpaq yatmışdı. Bu tikintiyə üstdən tökülmə torpaqdır. Təbiidir ki, qısa müddətdə park salınarkən bu, nəzərə alınmalı idi. Yağışlar bitsin, həmin sahə təmir olunacaq, problem də aradan qaldırılacaq".
Metro rəsmisi söz verdi
Məsələ ilə bağlı Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə bildirildi ki, çatlar stansiyanın bayırdan üzərinə tökülmüş torpağın yağış yağdıqca sıxılması nəticəsində yaranıb. Baş mühəndis söz verdi ki, narahatçılığa əsas yoxdur, qısa zamanda problem aradan qaldırılacaq: "Narahatçılığa əsas yoxdur".
Anar Məmmədov
Milli.Az
--------------------------------------------------------------------------------

Foto Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub