Cəmiyyət

HİV virusunun anadan uşağa keçməsinin tamamilə qarşısı alındı

2 Dekabr 2021 03:01
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kuba HİV virusunun anadan uşağa keçməsini tamamilə yox edən dünyanın ilk ölkəsi oldu.

Dünya Sağlamlıq Təşkilatı Kubanın anadan uşağa HİV virusu yoluxmasının qarşısını alan ilk ölkə olduğunu açıqlayıb. Karib ölkəsində 2013-cü ildə sadəcə 2 uşaq HİV virusu ilə dünyaya gəldiyi halda 5 uşaq sifilis xəstəliyi ilə doğulub.

Dünya Sağlamlıq Təşkilatı mart ayında Panamerican Sağlamlıq Təşkilatı ilə birlikdə Kubaya ortaq nümayəndə heyəti göndərərək apardığı araşdırma zamanı Kubanın bu xoşbəxt sonluğa nail olmaq üçün gərəkli olan bütün kriteriyalara uyğun gəldiyini müəyyən etdikləri haqda hesabat verib.

Havanada keçirilən yığıncaqda çıxış edən Panamerican Sağlamlıq Təşkilatının sədri Carissa Etienne Kubanın sağlamlıq məsələlərində atdığı addımlara diqqət çəkib: "Kubanın uğuru ümumbəşəri sağlamlıq və ona nail olmağın mümkün olduğunu göstərdi, HİV virusu kimi hələ də çətin olan bir meydan oxuma mübarizəsində bu iki ünsür uğurun da təsirli açarıdır".

Dünya Sağlamlıq Təşkilatı və Panamerican Sağlamlıq Təşkilatı Cənubi Amerikanın bir çox ölkəsində 2010-cu ildən bu yana HİV və sifilis virusunun yayılmasının qarşısını almaq üçüb birlikdə xüsusi proqram tətbiq edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.