Cəmiyyət

Yayın həvəslə içilən içkisi - Moxito

30 Noyabr 2021 22:15
0 Şərh     Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moxito əsasən də isti yay günlərində bir çoxlarının həvəslə içdiyi sərinləşdirici içkidir.

McDonalds kafelərində də olduqca məşhur olan bu içkinin hazırlanma qaydasının təqdim edirik.

Lazım olan məhsullar:

Limon (yaşıl limon) - 1 ədəd

- Bacardi Superior

Sodası - 5/6 kl

- Təzə nanə yarpağı - 8-10 ədəd

- Qara şəkər - 2 çay qaşığı

Hazırlanması: Moxito içiləcək bardaqda hazırlanan kokteyldir. İlk əvvəl limonu 6 hissəyə bölün. Bardağın içinə atdığınız limon parçalarının üzərinə qara şəkəri və nanə yarpaqlarını əlavə edib toxmaqla yüngülcə əzin (nanənin təzəliyi kokteylin ləzzəti üçün önəmlidir). Sonra bardağı buz parçaları ilə doldurun. Ən sonda Bacardi Superior-u əlavə edin və bardağın qalanını bu soda ilə doldurun. Moxito hazırlayarkən diqqət etməniz lazım olan məqam hər əlavə olunan məhsulu qarışıma yaxşıca qarışdırmaqdır. Kokteyli təzə nanə yarpağı ilə bəzəyib üzərinə toz şəkər səpin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.