Cəmiyyət

Şəkidə ANİMAFİLM Festivalının əks-sədası keçiriləcək

22 Noyabr 2021 12:25
0 Şərh     Baxış: 502

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri 23-25 noyabr 2021-ci il tarixində Şəki "ASAN xidmət" mərkəzində keçiriləcəkdir. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim ediləcəkdir. Ayrıca "Kağızdan Şaxta Baba düzəlt" adlı ustad dərsi təşkil ediləcəkdir.

"ANİMAFİLM Şəkidə" tədbiri "PERİ FİLM" MMC şirkəti tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

"ANİMAFİLM Şəkidə" tədbirlərinə giriş sərbəstdir. Yerlər məhdud olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir: +994 50 538 86 92 (WhatsApp). Təşkilatçılar əlilliyi olan şəxslərin festivalda iştirak etməsi üçün onları ödənişsiz nəqliyyatla təmin edəcəklər.

"ANİMAFİLM Şəkidə" tədbirinin proqramı

23.11.2021

12:00-13:30 - IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 7+
17:00-19:00 - IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 13+

24.11.2021

12:00-13:30 - Azərbaycan animasiya filmləri. Yaş 7+
16:00-19:00 - Elçin Hami Axundovun "Kağızdan Şaxta Baba düzəlt" ustad dərsi. Yaş 7+

25.11.2021

12:00-13:30 - IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 10+
17:00-19:00 - IV ANİMAFİLM-in qalibləri. Yaş 18+

2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları, peşəkarları sevindirmək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival "ƏLİLLİK" mövzusuna həsr olunmuşdur.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Echo of ANIMAFILM Festival will be held in Sheki

The echo of the 4th ANIMAFILM International Animation Festival in Sheki will be held on November 23-25, 2021 at the "ASAN service" center of Sheki. During three days, the festival will present the most interesting local and foreign animated films for children and adults. Also a masterclass for children called "Make Your Own Santa Claus From Paper" will be organised.

"ANIMAFILM in Sheki" event is organised by PERI FILM LLC with the support of the Ministry of Culture of the Republic of Azerbaijan and Sheki City Executive Power.

Admission to "ANIMAFILM Sheki" echo events is free of charge. Pre-registration is required: 050 538 86 92 (WhatsApp). The organizers will provide free transportation for people with disabilities to participate in the Festival.

Program schedule of "ANIMAFILM in Sheki":

23.11.2021

12:00-13:30 - Best Animated Films of the 4th ANIMAFILM. 7+

17:00-19:00 - Best Animated Films of the 4th ANIMAFILM. 13+

24.11.2021

12:00-13:30 - Azerbaijani Animated Films. 7+

16:00-19:00 - "Make Your Own Santa Claus From Paper " Workshop with Elchin Hami Akhundov. 7+

25.11.2021

12:00-13:30 - Best Animated Films of the 4th ANIMAFILM. 10+

17:00-19:00 - Winners of the 4th ANIMAFILM. 18+

ANIMAFILM International Animation Festival is the first international animation festival in Azerbaijan established in 2018. Every autumn the festival showcases hundreds of local and foreign animated films. During the event professional meetings, exhibitions, master classes for children and professionals are organized. The aim of the organizers is to delight local and foreign audiences and professionals, as well as to stimulate the development of animation in Azerbaijan. The theme of this year's festival is "DISABILITY".

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.