Vergiödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergiödəyicisində saxlanılır.
Milli.Az