Cəmiyyət

Xroniki stress xərçəngin inkişafını sürətləndirir

20 Noyabr 2021 21:30
0 Şərh     Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya alimləri tərəfindən aparılan araşdırmalar göstərib ki, stress və həyacan orqanizmdə şiş prosesinin yayılmasını sürətləndirir.

ABC News xəbər verir ki, Monaşa Farmasevtik institutu alimləri eksperimentlər nəticəsində aşkar ediblər ki, xroniki stress şişi əhatə edən limfatik damarlarının sayını artırır ki, bu da xərçəng hüceyrələrinin orqanizm boyu yayılmasını sürətləndirir.

Tədqiqatçılar stresin təsirini azaltmaq üçün xərçəng xəstələrinə hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan propranolol dərmanını təyin etməyi təklif edirlər. Eksperiment zamanı bu preparat stresə məruz qalan siçanlara verilirdi.  Nəticədə məlum olub ki, şişin inkişafı ləngiyib.

Hal hazırda alimlər araşdırmanı süd vəzi xərçəngi xəstəlyi olan qadınların iştirakı ilə aparmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.