Cəmiyyət

Qadınlar ildə 1 dəfə hansı müayinələrdən keçməlidir – Çek-ap SİYAHISI

9 Noyabr 2021 19:25
1 Şərh     Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınlar 30 yaşdan sonra müəyyən xəstəliklər riskinə daxil olur. Bunlar süd vəzi, uşaqlıq yolu xərçəngi, diabet və hormonal xəstəliklərdir.

Hər bir qadın profilaktik olaraq ildə 1 dəfə qadın çek-apından keçməlidir.
Bu müayinələrə nələr daxildir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qadınlar 18 yaşdan başlayaraq, 6 aydan bir ginekoloq, ildə 1 dəfə mammoloq və endokrinoloq qəbulunda olmalıdır.

Eləcə də stomatoloq - ağız boşluğu, dişlərin vəziyyəti və nevroloq- sinir sistemini müayinə vacibdir.

33-35 yaşdan sonra mütləq ildə bir dəfə:

- kardioloq - ürəyin müayinəsi

- Endokrinoloq -hormonal status və diabet üçün
- Oftalmoloq - göz dibi və gözlərdə dəyişiklik

- Qastroenteroloq - mədə-bağırsaq

Bu həkimlərdən tibbi sığorta xətti, illik dispanserizasiya - poliklinikalarda məcburi dövrü yoxmalar zamanı və ya özəl klinikalarda şəxsi təşəbbüslə keçmək olar

Hansı analizlər mütləqdir:

- Ümumi və biokimyəvi analiz
- Sidiyin analizi

- Ginekoloji yaxma əkilməsi
- Uşaqlıq boynundan sitoloji analiz
- Vitamin D, ferritin analizi

- Bəzi mineral, vitaminlər analizi
- TSH, T3, T4 analizi

- USM - süd vəzi, ginekoloji, qalxanvari vəz
- Kardioqramma, EXQ

- Ağ ciyərlərin rentgeni
- Ayaq venalarının dopleri

Bu müayinələr orqanizmdə dəyişiklikləri göstərir, xəstəliklərin qarşısını almağa yardımçı olur. Xüsusilə yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, zob və süd vəzi xərçənginə qarşı daim diqqətli olmalısız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.