Ən zirək mömin - ölümü xatırlayandır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Baqir (ə) buyurur: "Bir nəfər Peyğəmbərdən (s) soruşur: Sizin nəzərinizə görə ən zirək mömin kimdir?" Həzrət (s) buyurur: "O mömin ki, ölümü və getməyi xatırlayar - ən zirək mömindir".
Möminlərdən biri, harada oturub-durardısa, gülərək deyərdi: "Biz behiştə gedəcəyik". Ona dedilər: "Niyə behiştə?" Dedi: "Çünki bizim Allahla bir münaqişəmiz yoxdur və insanlara da borcumuz yoxdur. O kəs ki, Allahla münaqişədə deyildir, insanların haqqını zay etmir, onu hara apararlar? O, Allahın aşiqidir, namaz əhlidir, xoş əxlaqlıdır, güzəşt əhlidir".
Beləliklə, bu möminin sözlərindən başa düşmək olur ki, o kəs ki, Allahla münaqişədədir, insanların haqqını tapdalamışdır, əzab əhli olar. Behişt möminlərin və cəhənnəm isə bu cür insanların yeridir. Bizim gedə biləcəyimiz başqa yer yoxdur - ya behiştdir, ya da cəhənnəm.
Ustad Ənsarian buyurur: "Məni dəvət edən bir böyük insanı gün ərzində bir neçə dəfə bazardan evinə getdiyini və qayıtdığını müşahidə etdim. Ondan soruşdum ki, niyə belə edir və bu, onun üçün çətin deyildirmi? Dedi: "Yox, atamın yaşı 80-dan çoxdur, bədəni qurumuşdur və üç ildir ki, yatağa düşüb. Mən hər gün səhər və axşam gəlib ona xidmət etməyə çalışıram. Soruşuram ki, bir şey lazımdır, yoxsa yox? Onu hamama aparıram, yeməyini yedizdirirəm. Paltarını dəyişib, onu nəvaziş edirəm".
Ona dedim: "Məni atanın yanına apar". Getdim və o qoca kişiyə dedim: "Halın necədir?" Dedi: "Çox yaxşı". Dedim: "Nə edirsən?" Dedi: "Üç ildir ki, rəfiqimi gözləyirəm". Dedim: "Rəfiqin kimdir?" Dedi: "Ölüm mələyi! Üç ildir ki, əlimdə bir iş gəlmir və axirət yolunun yolçusuyam. Gözüm qapıdadır ki, gəlsin və məni aparsın". Bu sözləri heç bir qorxu hiss etmədən deyirdi. Soruşdum: "Vəsiyyətnamən vardır?" Dedi: "Bəli, ancaq mənim yazılı vəsiyyətim yoxdur. Əslində heç nə yazmamışam, əməli vəsiyyət yazmışam. Mənim üç qızım və iki oğlum vardır. Bir buğda tarlası, bir bağım və evim vardır. Onları Quranın buyurduğu kimi bölmüşəm. Mənim insanlara borcum yoxdur, Allahımla hesabımı görmüşəm. Zəkat və xumsumu vermişəm, bir dəfə Məkkəyə və iki dəfə Kərbəlaya getmişəm. İldə bir dəfə də Məşhədə getmişəm. Ancaq gözləyirəm ki, ölüm mələyi gəlib məni behiştə aparsın".
İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir: "Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Mənim niyə ölümdən qorxum var, nifrət edirəm? Ürəyim ölüm sözünü eşitmək istəmir. Bunun səbəbi nədir?" Həzrət (s) buyurur: "Sərvətin çoxdur?" Deyir: "Bəli". Buyurur:" Topladığın bu puldan kimisə kömək etmisən?" Deyir: "Yox. Mən heç bir iş görməmişəm, ancaq pulu toplamışam". Həzrət (s) buyurur: "Ona görə də ölümdən nigaransan. Bilirsən ki, ölüm mələyi gələn zaman bu pulların hamısı bada gedəcəkdir. Sən bu pullara ürək bağlamısan. İstəmirsən ki, ölüm səni bu pullardan ayırsın. Ölümün adını eşidən kimi başa düşürsən ki, ölüm, yəni səni bu sərvətdən ayıran şey. Ona görə də narahatsan və ölmək istəmirsən".
İmam Sadiq (ə) İmam Baqirdən (ə) və o da imam Səccaddan (ə) nəql edir ki, buyurub: "İmam Əlidən (ə) soruşurlar: "Ya Əmirəl-möminin! Siz niyə ölümə aşiqsiniz? Ölməkdən qorxmursunuz?" Həzrət (ə) buyurur: "Gördüm ki, Allahın mənə verdiyi bu dindarlıq və məni hidayət etdiyi bu din - mələklərin və peyğəmbərlərin (ə) dinidir. Başa düşdüm ki, Allahım məni bu dinə və ona əməl etmək üçün dəyərləndirmişdir. Elə bir Allah yoxdur ki, mən bütün ömrümü dindar olam və dinə əməl edəm və öləndən sonra məni tək qoysun. Bizim belə Allahımız yoxdur".
Bəli, mömin ölümdən qorxmamalıdır, əksinə ona hazır olmalıdır. Çünki heç kim bu dünyada cavidan qalmaz. Hər birimiz bir gün ölüm mələyini qarşılayıb, dünyamızı dəyişəcəyik. O günə qədər axirət yükümüzü toplamağa çalışaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
7-ci sinif şagirdi vəfat etdi
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı





