Cəmiyyət

"Səni çox, çox, çox… sevirəm" yazdı, evində ölü tapıldı

1 Noyabr 2021 22:20
0 Şərh     Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, polis intihar versiyası üzərində dayansa da, qətl versiyası da nəzərdən keçirilir.

Həyat yoldaşı ilə problemlər yaşayan və boşanma ərəfəsində olan gənc qadının ölümündən sonra polis onun başı üzərində stəkanda insektisid və "səni çox, çox, çox... sevirəm" yazılmış kağız aşkar edib.

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar "L'Oréal-UNESCO Elm Qadınları üçün" beynəlxalq mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.