Cəmiyyət

Həyatının üç anı bir günə çevrildi - VİDEO

1 Noyabr 2021 15:48
0 Şərh     Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

27 oktyabrda dünyaya göz açdı, 27 oktyabrda evləndi, 27 oktyabrda ən ali zirvəyə şəhidlik zirvəsinə ucaldı.

2016-cı ilin aprel döyüşləri, Tovuz döyüşləri və nəhayət Vətən müharibəsi. 17 il idi ki Xüsusi təyinatlılarda hərbçi kimi faliyyət göstərirdi Oqtay Bədəlov.

Onun hərbi sahəyə yönəlməsinin bir neçə səbəbi vardı. Birincisi 30 ildən artıqdır ki, düşmənin Tovuz rayonu istiqamətində mütəmadi atəşkəs rejimini pozması dinc əhaliyə silahlı hücumları bütün bunlar sərhəd bölgəsinə yaxın olan Çeşməli kəndində hər bir uşağın gözü qarşısında baş verirdi. Digər bir səbəb uşaqlıqdan hərbiyə olan həvəsi və Qarabağ qazısı olan dayısının tövsiyyələri idi.

Ailədə 4 övladın böyüyü olan Oqtay karyerasını hərbi sahəyə bağlayır. Atası israr etsədə artıq o qərarını vermişdi 

Müharibə başladığı vaxtı anası ilə danışsada heç vaxt hərbi sahədən danışmağı sevməzmiş deyir anası. Qəhrəman şəhidimiz Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olur . Ölümündən sonra "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , " Suqovuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.