Günün qoroskopu: bir qədər gözləmək lazımdır:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Bu gün ulduzlar sizə hər şeydə yardım edəcəklər. Gününüzü nəyə həsr etsəniz, sizi uğur müşayiət edəcək. Sizin üçün çoxdan maraq kəsb edən adamla görüş təyin etmək olar: bu gün onun yanında ən yaxşı təəssüratlar oyadacaqsınız.
Pul gəliri, dəyərli hədiyyətər mümkündür. Uğurlu bazarlıq da istisna deyil. Yeni və adət etmədiyiniz nə iləsə məşğul olmaqdan qorxmayın: yeni təəssüratlar, yəqin ki, xoşagələn olacaq.
Buğa - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək.
Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Əkizlər - bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Xərçəng - əgər peşə sahəsində uğura nail olmaq istəyirsinizsə, daha çox inad və qətiyyət nümayiş etdirin. Bu keyfiyyətlər olmadan lazım olan uğuru əldə etmək olmaz. Ciddi rəqabətdə iştirak etməli olacaqsınız. Bu mübarizədə yalnız hiyləgərlik sayəsində qalib gəlməyin mümkünlüyü istisna deyil.
Əlverişsiz maliyyə mənzərəsi ilə qarşılaşacaqsınız. Bu gün gözlədiyinizdən daha çox pul xərcləməli olacaqsınız. Sevdiyiniz insan sizdən diqqət və dəstək gözləyir, amma ümid etdiyiniz anlayışı göztərmir. İncikliklərdən yayınmağınız mümkündür. Amma münasibətlər kifayət qədər gərgin olacaq.
Şir - sizi çox çətin gün gözləyir. Yalnız öz gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.
Qız - Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı. Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər, ümumiyyətlə, bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.
Tərəzi - uğursuzluqlar vaxtı gəldi. Bu işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəck. Nədənsə hamıya elə gəlir ki, siz probelmlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Əqrəb - bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Bir çox Əqrəblər çoxdandır əməkdaşlıq etdikləri insanlarla küsüşəcəklər. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Oxatan - Lazımsız əlaqələri kəsməyin, irəliləməyə mane olanlarla vidalaşmağın vaxtı çatıb. Bu gün belə qərarları qəbul etmək və həyata keçirmək başqa günlərlə müqayisədə daha asandır. Baxmayaraq ki, bəzən şübhələr hələ də üstün gəlir.
Maliyyə çətinlikləri mümkündür. Xərclər gözlənildiyindən daha artıq ola bilər. Planlaşdırılmamış bazarlıqlar, gözlənilməz xərclər tələb edən təkliflərlə razılaşmaq məsləhət deyil. Sağlamlaşdırıcı prosedurlardan keçməyə dəyər. Onlar effektlidir və nasazlıqlardan yayınmağa gömək edirlər.
Oğlaq - Əvvəllər başladığınız işləri sakitcə başa çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa imkan verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son qoymaq olar. Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən adamla üz-üzə gəlməli olacaqsınız.
Dolça - qəribə işdir: çaşqınlıq içərisindəsiniz və nə etmək lazım olduğunu bilmirsiniz. Bu vəziyyət sizin üçün diskomfort yaradır və çətin ki uzun sürə. Ehtiyatlı hərəkət etməyə çalışın, lüzumsuz risklərdən uzaq durun. Nə qədər çox ənənələrə əməl etsəniz, özünüzü bir o qədər az təhlükə altında qoyursunuz.
Yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Siz problemləri müzakirə etməyə yox, onları gizlətməyə çalışırsınız. Bu, çox konstruktiv olmasa da, sizə sakitlik hissi bəxş edir.
Balıqlar - tənbəlliyə qalib gəlməyi bacaran və hərəkətə keçən adamlar böyük üstünlük əldə edəcəklər: əksər hallarda onların kiminləsə mübarizə, rəqabət aparmasına ehtiyac qalmayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





