23 yaşlı Prezident təqaüdçüsü Prezidentlə unudulmaz görüşündən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, dirijor assistenti, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Atabəy İsmayılov bu yaxınlarda ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfəri çərçivəsində təşkil olunan görüşlərdə iştirak edib.
Heç vaxt üzünü görmədiyi dədə-baba torpaqlarına ilk dəfə ayaq basan gənc musiqiçi orada yaşadığı unudulmaz təəssüratlarını bizimlə bölüşüb:
"O qədər möhtəşəm hisslərdir ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də elə bilirəm o müqəddəs torpaqlardayam. Ali Baş Komandanın rəhbərliyi və rayon ictimaiyyətinin sayılıb-seçilən nümayəndələrinin dəvət olunduğu görüşdə iştirakım mənə sonsuz qürur verirdi.
Əslimiz Füzulinin Qarakollu kəndindən olsa da, 1998-ci ilin 16 oktyabrında Horadiz qəsəbəsində anadan olmuşam. Mən dünyaya gələndə artıq valideynlərim məcburi köçkün idilər, sonra isə tale elə gətirib ki, ailəlikcə Bakıda məskunlaşmışıq.
Füzuli rayonu Vətən müharibəsinin ilk günlərindən son günlərinədək gərgin döyüşlərin aparıldığı rayonlardan olub. Lakin həmişə böyük ümidlə yanaşmışam ki, bir gün gələcək torpaqlarımız işğaldan azad olunacaq. Biz Zəfər salnaməmizi öz gözlərimizlə gördük. Həmin gün gəldi və artıq o günlərdən bir il keçib. Ötən həftə 23 yaşımın tamamında sanki yenidən doğuldum...
Biz qalib xalqıq. Bunu dərk etmək və məsuliyyətini çiyinlərimizdə daşımaq kimi müqəddəs borcumuz var. Qalib bir ölkənin vətəndaşı olaraq, fəxr edirəm ki, mən azərbaycanlıyam. Ali Baş Komandanın dediyi kimi, dəmir yumruğumuz təkcə düşmənin başını əzmir, onun rəmzi mənası həm də həmrəylimizi ifadə edir. Prezidentimizin siyasi əzmi, ordumuzun yüksək peşəkar hazırlığı bizi o doğma yurd yerlərinə qovuşdurdu. Bu yolda neçə-neçə igidlərimiz canlarını fəda etdilər, amma bir addım da olsa geri çəkilmədilər. İş yoldaşım, teatrımızın işıqçısı, şəhid dostum Əliağa Məmmədov kimi oğulların sayəsində biz arzularımıza çatdıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə, müzəffər Ali Baş Komandanımıza cansağlığı arzulayıram", - deyə Atabəy İsmayılov vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





