Bakıda azərbaycanlıların II Dünya müharibəsinə verdiyi töhfələrə həsr olunan beynəlxalq simpozium keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda "Yahad-in Unum" təşkilatının rəhbəri Patrik Debua keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan simpozium II Dünya müharibəsində yarım milyon azərbaycanlının ön cəbhədə həlak olmasına, Azərbaycan neftçilərinin müharibədə qələbənin əldə olunmasında verdiyi töhfəyə, Azərbaycanın o dövrdə Ukrayna, Belarus və Moldovadan olan minlərlə yəhudiyə sığınacaq verməsinə həsr olunacaq.
Debua bildirib ki, bu mövzular üzrə aparılan tədqiqatlarla bağlı elmi mübadilə aparmaq üçün ABŞ və Avropadan tarixçi ekspertlər simpoziuma dəvət olunacaqlar.
"Yahad-in Unum" nümayəndə heyətinin Azərbaycana hazırkı səfərində məqsəd yəhudi xalqının İkinci Dünya müharibəsində məruz qaldığı Holokost və Azərbaycan xalqının XX əsrin sonunda məruz qaldığı Xocalı faciəsinin daha yaxından öyrənilməsidir.
Debua mətbuat konfransında bildirib ki, yəhudilərin Azərbaycana köçürülməsi və kütləvi qırğından qurtulmasına dair elmi araşdırmaların aparılması, Azərbaycanın II Dünya müharibəsində faşizmə qarşı mübarizəyə verdiyi tarixi dəstəyi qərb tarixçiləri və yerli tarixçilərin birgə tədqiq edib dünya elmi ictimaiyyətinə çatdırması vacibdir.
Debua, həmçinin Qubaya səfəri zamanı orada yəhudilərlə müsəlmanların xoş münasibətlərinin şahidi olduğunu vurğulayıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda azərbaycanlıların II Dünya müharibəsinə verdiyi töhfələrə həsr olunan beynəlxalq simpozium keçiriləcək
23 Fevral 2012 20:12
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazidə qaz olmayacaq - YENİLƏNİB
-
Yumurta alarkən diqqətli olun: Tarixsiz məhsul sağlamlığa təhlükə yarada bilər - AÇIQLAMA
-
“Qəzalı bina uçsa, məsuliyyət daşıyan olmayacaq” - Fazil Mustafadan sərt xəbərdarlıq
-
Bakıda yolda təhlükəli vəziyyət - Qəza riski var - VİDEO
-
Canavar hücumları sakinləri təşvişə saldı
-
Metroda interval azaldıldı
XƏBƏR LENTİ
-
Payızda niyə SPF istifadə etməliyik?
-
Həftədə bir dəfə yeməklə damarları “təmizləyən” möcüzəvi qida
-
Bu qidadan uzaq durun - Bədənə gizli təsirləri VAR
-
Bu 3 içki ömrü uzadır - Sübut edildi
-
Oturaq həyat tərzi yerişi dəyişir - Araşdırma
-
“Qarabağ”ın oyunundakı bütün qollar - VİDEO
-
“Qarabağ” “Napoli” ilə bacarmadı - YENİLƏNİB
-
Timati buna görə evlənmir
-
Medinanın huşunu itirdiyi an - VİDEO
-
Koxalski şou göstərir - penaltini dəf etdi - VİDEO
-
Türkiyədə zəlzələ oldu
-
Xalq artisti efirdə ağladı - FOTO
-
İqlim dəyişikliyinin fəsadlarını nədə hiss edəcəyik? - Ekspertlər xəbərdarlıq edir
-
Bu addımına görə Senatdan uzaqlaşdırıldı - FOTO
-
Qarabağın qapçısından möhtəşəm hərəkət - VİDEO
-
Tanınmış meyxanaçı 400 minlik evindən danışdı
-
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı - VİDEO
-
Məşhur serialın yayım günü dəyişdi - FOTO
-
Günün qoroskopu: Səni sevindirəcək xəbər ala bilərsən
-
Tacir Şahmalıoğlunun ailəsində xeyir iş - VİDEO
-
Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə uduzdu
-
Paltaryuyana 2 tablet əlavə edin: Ağlar yeni kimi olacaq
-
Rəqsanə həbsi ilə bağlı iddialara belə reaksiya verdi - VİDEO
-
Tanınmış futbolçunun evi qarət edildi





