Dünya

Bu addımına görə Senatdan uzaqlaşdırıldı - FOTO

26 Noyabr 2025 00:55
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada illərdir ictimai yerlərdə üzü tam örtən geyimlərin qadağan edilməsini müdafiə edən Senator Polin Hanson 2017-ci ildəki çıxışına bənzər bir addım ataraq bu dəfə də Senatın iclasına çarşabla daxil olub və müzakirələri yenidən alovlandırıb.

Milli.Az xəbər verir ki, senator parlamentdə çarşaba yer olmadığını bildirib.

Hanson ictimai yerlərdə üzü tam örtən geyimlərin qadağan edilməsini tələb edib və bu cür geyimlərin qadınların iş tapmasını çətinləşdirdiyini iddia edib.

Digər senatorlar Hansonu irqçiliklə günahlandıraraq onun bu hərəkətini qınayıblar.

Hanson bildiribki, bu cür geyimlər qadınlara qarşı basqının göstəricisidir, Avstraliya mədəniyyətinə inteqrasiyaya mane olur, qadınların iş tapmasını çətinləşdirir və müasir Qərb cəmiyyətində yeri yoxdur. 

Hansonu tənqid edən digər senatorlar onun Avstraliyadakı dini azlıqların yox edilməsinə yönəlmiş bir kampaniya apardığını iddia ediblər. 

Hanson 2017-ci ildə də Senata oxşar geyimlə gələrək eyni tələbləri səsləndirmişdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.