İranın ağası və... dığası- YUNUS OĞUZ yazır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Felyeton
Səhər-səhər qrupda dostlarımdan biri mənə bir link atdı. Oxudum, uğundum, az qaldı qəşş eləyib gedim işimin dalınca. Son vaxtlar bu qədər heç gülməmişdim. Ay sənin evinəcən, Rəsul Quliyev!
Deməli, jurnalist ona sual verir:
- Turanla İranın fərqi nədədir?
Rəsul da cavab verir:
- Metanla etanın fərqi nə qədərdisə, o qədərdir. Onun siyasi hazırlığını qoyuram bir kənara. A kişi, day molla əmilərə heç olmazsa bu qədər yaxınlıq eləmə də. Məgər bilmirsənmi, gəncləri tiryəklə göylərdə uçurdub "cənnətə" göndərən, özünü şiələrin lideri elan (şəxsən biz xahiş etməmişik, heç yalvarmamışıq da) edən ölkədə "ağa" və "dığa" ("dığa" ermənicə "oğlan" deməkdir) eyniləşdirilir? Nə gözəl səslənir: Ağa və dığa.
O gün İranda yaşayan biri mənə zəng edib "ağa" deyə müraciət edir.
Soruşdum:
- Əvvəllər bizə "baba" deyə müraciət edərdiniz, nə oldu, belə?
Gülə-gülə cavab verdi:
- Ağa, daha sizi babalıqdan çıxartdıq.
Elə bildim şuxluq (zarafat) eləyir. Mən də gülə-gülə yenə sual verdim:
- Niyə?
Bu dəfə tam ciddi şəkildə dilləndi:
- Bizim dığaların xətrinə dəymisiniz. Başbilənlərimiz ermənilərə söz vermişdilər ki, bəs nə qədər biz varıq, onlar sizinlə müharibə etməyə curət etməzlər, çünki Azərbaycan bizim arxa bağçamızdır. Nə istəsək, orada əkə bilərik. Bizim molla fəqih dığaları o qədər arxayın etmişdi ki, ermənilər Qarabağda at oynadırdılar. - Sonra pıçıltıya keçdi. - İnsafən, biz də pis qazanmırdıq. Bir xeyli adam Qarabağdan çörək pulu çıxarır. Elə ki, siz savaşa başladınız, torpaqları aldınız, bu dığaların başbilənlərindən bir neçəsi gəlib oturdu ayətullahi fəqihin qapısının ağzındakı qara daşın üstündə. Bəs, söz vermişdiniz, bağça belə gəldi, nə istəsək əkmək belə getdi. Nə oldu? Baxdıq ki, deyəsən Azərbaycanda çəkilən xərc hədər imiş. Orada heç yel də əkə bilmirik. Odur ki, sizi babalıqdan çıxartdıq. İndi dığalarla vermişik baş-başa. Sizdən incimişik, daha ölkənizə dua və aftafa göndərməyəcəyik.
Kişi sözünü bitirən kimi dedim:
- Ağa və dığa çoxdan qardaş idilər. Azərbaycanda yel də əkə bilməyəcəyinizi əvvəldən duymalı idiniz. Vaxtın varsa, ayətullahdan bir əhvalat danışım.
- Buyur, - dedi və hiss etdim ki, ayətullah sözünü eşidən kimi bütün diqqətini mənə yönəltdi.
- Deməli, ayətullahın kənddə, - aram-aram danışmağa bağladım, - kasıb vaxtları idi. Başını camaata dua yazmaqla dolandırır. Kimisi qovun, kimisi yumurta, xoruz, çolpa verməklə ömür sürür. Bir qonşu kənddən xəbər gəlir ki, bəs bir xəstəyə dua yazmaq lazımdır. Başını orda islat, burda qırx. Neyləməlidir? Əlbəttə, durub getməlidir, işıq gələn yerə barmağını soxmayacaq ki? Palanı eşşəyin üstünə atır, xurcuna da bir kiçik qovun qoyur ki, bəs yolda yeyərəm. Yolu yarı etməmiş acıyır. Eşşəyini bir ağacın altında saxlayıb xurcundan qovunu çıxardıb kəsir, yarısını yeyir. Qovun da nə qovun, şipşirin. - Tanışımdan soruşuram. - Ağa, başını ağrıtmıram?
İranlı dərhal cavab verdi:
- Yox, ağa, nə danışırsan? Elə şirin danışırsan ki, adam lap uyuyur.
Atmacamdan qalmadım:
- Siz elə yüz illərdir uyuyursunuz. Ayılan vaxtınız olub ki? - Əhvalatın davamını danışmağa başladım. - Hə, elə ki, qovunun yarısını yeyir, nə fikirləşirsə, o biri yarısını götürmür. Öz-özünə deyir ki, qoy buradan hörmətli bir ağanın keçdiyini düşünsünlər. Yoluna davam edir, amma qovunun dadı damağından getmir. Fikri yarımçıq qalmış qovunda olur. Geri dönüb o biri yarısını da ədəb-ərkanla yeyir. "Qoy desinlər ki, ağanın nökəri də vardı, qovunu səxavətlə nökərilə bölüb" düşüncəsilə eşşəyinə minib getmək istəyəndə, gözü qovunun dadlı qabıqlarına sataşır. Qabıqdan da keçə bilmir. Təzədən eşşəkdən düşüb qabığı da yeyir. Sonra da özünə təsəlli verir: "Qoy desinlər ki, ağanın eşşəyi də vardı".
Susmağımla telefonun o biri başında qəhqəhə səsini eşitdim. Bir qədər güldükdən sonra soruşdu:
- Ağa, indi bu danışdığının mənası nədir?
Dedim:
- Qardaş, özünüzə bir gün ağlaya bilmirsiniz, ölkənizin içi bu gündə, çölü başqa gündə. Bir dığaya görə bütün müsəlman dünyasına sinənizi sipər etmisiniz. Görmürsünüz bu dığalar sizi hara aparır? Uçuruma! Bütün qonşularla, dığalardan başqa, nəinki qonşularla onlara görə hamı ilə üz-göz olmusunuz.
Baxdım ki, ağa telefonun o biri başında dərin sükuta gedib. Handan-hana dilləndi:
- Ağa, düz deyirsən, bu dığalara görə qardaşlarımızın üstünə gedirik. Bu dığalar nəmənə şeydir ki, bizim başbilənlərimiz onların başlarını buraxmaq istəmirlər? Bəs neyləmək lazımdır?
Yadıma sovetdənqalma lətifə düşdü:
- Ağa, şura vaxtı bir təbliğatçı Nehrəm kəndinə gəlir. Camaatı yığıb deyir ki, tələsməyin, bir ayağımız sosializmdə, bir ayağımız da kommunizmdədir, az qalıb. Bunun üstündən beş il keçir. Bu təbliğatçı yenə Nehrəmə gəlib həmin moizəni oxuyur:
"Bir ayağımız sosializmdə, bir ayağımız kom..." demək istəyəndə arxadan bir ağsaqqal ayağa durub onun sözünü kəsir: "Ay oğul! Nə vaxta qədər biz haça-paça qalacayıq? Ayaqlarımız ağrayır axı". İndi də İran haça-paça qalıb. Bizə uyuşdurucu, xurafat, Ermənistana isə silah, neft göndərir. Elə bilir, bunu görmürük.
İranlı tanışım uzun duşuncədən sonra dilləndi:
- Duz deyirsən, ağa! Bu ağa-dığa məsələdi İranı haça-paça edib. Belə getsə təkcə ayaqlarımız yox, başımız da çox ağrıyacaq.
İndi mən qorxuram ki, burada da bəziləri uzun müddət haça-paça qalsın.
Yunus Oğuz
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"





