Torpaqlarımızı azad etmək yolunda bizi heç nə qorxuda bilməzdi - Gəncə sakini
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsinin şəhər sakinləri arasında hər hansı təşvişə və narahatlığa səbəb olmadığını deyən, "Azərbaycan xalqı qan görəndə qorxmuyor, naborot qızışıyor..." ifadəsi ilə məşhurluq qazanan Gəncə sakini Tariyel Şahverdiyevin bu sözləri Azərbaycan xalqının qorxmazlığını təcəssüm etdirirdi.
Bu gün Gəncənin Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından bir il ötür.
Milli.Az bildirir ki, Trend-ə açıqlaması zamanı o günləri həm hüznlə, həm də qürur hissi ilə xatırladığını bildirən Tariyel Şahverdiyev, Ermənistanın həm Gəncəni, həm də digər şəhər və rayonlarımızı atəşə tutmasının yalnız bir səbəbi olduğunu qeyd etdi:
"Onlar dinc əhaliyə hücum etməklə, bu cür terror hadisələri törətməklə xalq arasında təşviş və təxribat yaratmaq istəyirdilər. Lakin istəklərinə nail ola bilmədilər. Azərbaycan xalqı mübariz xalqdır. Dağıntılara məruz qalsaq da, şəhidlərimiz, yaralılarımız olsa da, bir saniyə belə qorxu və narahatlıq hissi yaşamadıq. Tək məqsədimiz, istəyimiz torpaqlarımızın işğaldan azad olunması idi. Bu yolda bizi heç kəs və heç nə qorxuda bilməzdi.
44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər xalqımızın başını uca etdi. Bunun üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə, bütün hərbçilərimizə, əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu sevinci bölüşmək çox qürurvericidir."
Qeyd edək ki, Tariyel Şahverdiyev 1991-ci ildə BDU hüquq fakültəsinin tələbəsi olub. O, ailəsindən xəbərsiz cəbhəyə yollanıb və daha sonra Gəncə batalyonunun komandiri olub.
Döyüşlər zamanı erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gün də onun bədənindədir, əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





