Cəmiyyət

"Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan" - Şəhid xanımı ÜRƏK DAĞLADI - VİDEO

27 Sentyabr 2021 13:34
10 Şərh     Baxış: 13 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. 27 sentyabr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il anım günü kimi qeyd ediləcək.

Milli.Az big.az-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində canını fəda edən igid şəhidlərimizdən biri də cəmi üç günü bəyi olan Elməddin Şindiyevdir. Şəhidimizin xanımı həyat yoldaşı haqqında yazdığı sözlər hər kəsin ürəyini dağlayıb:

"Keçən ilin bu günü ailəmdə, ətrafımda bambaşqa sevincli gün idi. Həyəcandan qarnıma dolan ağrılar, ürəyimin ağzının içində döyünməsi, sevdiyimə qoşuşmağım...Səninlə danışırdı, sevincdən ikimiz də mənasızca gülürdük. Yata bilmirdik həyəcanımızdan. Səhər açıldı, gəldin getdik bəzənməyə. Elməddin əslində səbrsiz, əsəbi, göləməyi sevməyən və mən salonda olanda qəti yanıma gəlməyi istəməyən biri idi. Ayın 27-si isə bambaşqa biri olmuşdu. Tez-tez yanıma gəlir, mənim əhvalımı soruşur, üümü güldürürdü. Saat 12 olardı, yenə gəldi yanıma, məni çölə çağırdı. Çox həyəcanlı, gölərində narahatlıq və mənə nələrisə başa salmağa çalışırdı. Ən sonda dedi, Lalə, müharibə başlayıb qardaşlarımın ikisi şəhid olub. O an dünya başıma yıxıldı. Necə olacaq bəs, Elməddin mən bəzənirəm?Toyumudu...Heç nə olmaz...Aprel döyüşlərini yada sal. 3 günə qurtaracaq. Narahat olma bu gün ən gözəl gündür bizim üçün. Mən bəzəndim qurtardım, gəldi gözümün işığı məni gətirdi evimizə. Maşından düşəndə "tez hazırlaş, gəlirəm aparmağa" dedi. Mən isə baxıb güldüm ona. Haırlaşdıq və gəldi...O qədər həyəcanlı idi ki...Məni ağlayan görüb o, da kövrəldi. Həyəcandan əlindəki gülü belə mənə verməyi unutmuşdu. Şəkillər çəkildi və maşına oturduq. O anda dostuna "Mən belə həyəcanlanmamışdım bu nə idi... vəssalam getdi bu da...gedək evimizə" dedi. Evimizə çatdıq. Hər şey ö qaydasında idi. Deyirdik, güülrdük. Toyumuz olmamağı gözümüzə görünmürdü bizim. Çox inanmışdıq biz xoşbəxt olacağıq. Mən inanıram sən həyatda olsaydın biim çox gözəl ailəmz olacaqdı. Yolun başında ikən sonuna belə tez gəlmək...Səni zamansız itirmək məni hər gün öldürür. Bir də heç vaxt yan-yana gələ bilməyəcəyik. Bu dünyada yarım qalsaq da şübhəsiz ki, ən gözəl qovuşmağımızı biz cənnətə saxladıq.Mənim ruhum gözəl qəlbli sevgim. Ayrı-ayrı olsaq da qovuşmağımız uzun olacaq bilirəm amma səbrlə gözləyirəm o günü. Səninlə nəinki bir il bir ay belə evli qala bilmədik biz. Amma ruhunun hər an mənimlə olduğunu bilirəm. Bəlkə də indi də burdasan, mənimlə. Yuxuma gəl, sevgilim biz rğyalarda qeyd edək xoş günümüzü. Səni sonsuz və əvəzsiz sevirəm, can yoldaşım. Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan, gül qoxulum, cənnət ətirlim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.