Xəstəliyin şiddətində artım müşahidə olunur - Həkim çağırış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İlk COVİD xəstəsinin Azərbaycanda təyin olunduğu gündən koronavirus xəstələrinin müalicəsi ilə məşğulam. Həmin dövrlə müqayisədə ciddi fərqlər var".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Fərrux Sədirov deyib.
İnfeksionist bildirib ki, xəstəliyin ağırlıq dərəcəsi artıb:
"Birinci, ikinci dalğada virusun yoluxduruculuğu bu qədər sürətli deyildi. Yoluxuculuqda bu fərq açıq hiss olunur. İstər rəqəmlərin artımında, istərsə də yaş qruplarına görə yoluxan insanlara nəzər salsaq görəcəyik ki, həqiqətən də virusun yoluxdurma gücü artıb.
İkinci bir məsələ: Öldürücülük baxımından da virusda dəyişiklik var. Xəstəliyin 5-ci, 6-cı günlərinə kimi demək olar ki, xəstələrimiz birinci, ikinci dalğalarda xəstəliyin klinik əlamətlərini yüngül formada keçirirdilər. 7, 8-ci gündən etibarən bir ağırlaşma hiss olunurdu. Artıq şəxsi kliniki müşahidələrimizə görə, xəstəliyin ağırlıq dərəcəsində ciddi artım var. Reanimasiyaya düşən xəstələrin sayı və xəstəlikdən sağalma müddətinə diqqət yetirsək görəcəyik ki, həqiqətən də xəstəliyin şiddətində bir artım müşahidə olunur.
COVİD-də ilkin əlamətlər həmişə dəyişkən olubdur. Koronavirusun əlamətləri fərddən fərdə dəyişə bilir. Kimində üst tənəffüs yolu simptomları, kimində mədə-bağırsaq simptomları, kimində isə ümumi simptomlar ön planda olur, - halsızlıq, qızdırma kimi. Bu (4-cü) dalğada digər dalğalardan fərqli əlamət görmədik. Virusun ümumi əlamətlərində bir dəyişiklik yoxdur. Amma ki, xəstəliyin ağırlıq dərəcəsində həqiqətən də dəyişiklik var.
Belə bir məqamda peyvənd olunan xəstə ilə, olunmayan arasında çox bariz fərq hiss olunur. Az da olsa vaksinasiya olunub yoluxanlar var, amma onların sayı çox azdır və bu vətəndaşlar həqiqətən də xəstəliyin klinik əlamətlərini çox yüngül şəkildə keçirirlər. Demək olar ki, süni tənəffüs dəstəyinə ehtiyac olmadan tez bir zamanda sağalma müddətinə daxil olurlar. Bu fərq aydın hiss olunur, hətta biz palatada xəstəliyi yüngül keçirən eyni yaşda peyvənd olunan və olunmayan iki şəxs arasındakı fərqi görüncə həmən ilk sualımız "Peyvənd olunmusunuzmu?", cavab "bəli" olur. Çünki peyvənd olunan şəxslərin qanında antitellər olduğu üçün virusun şiddətini zəiflədir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)





