Cəmiyyət

DİQQƏT: Türkiyə universitetlərinə qəbul olan tələbələrin nəzərinə!

16 Sentyabr 2021 21:24
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib.

Bu barədə Səfirlikdən bildirilib. Azərbaycan Respublikasının vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına səyahət edə bilirlər.

"Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir", - deyə Səfirliyin məlumatında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.